Naxçıvanda Ali Məhkəmənin təşkilatçılığı ilə konfrans keçirilir – FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilir. “Report”un yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycanın…
DSX rəisi Ermənistana xəbərdarlıq edib: “İstənilən təhdidin qarşısı qətiyyətlə alınacaq”
“Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və…
Peru Konqresi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib
Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən…
Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç Azərbaycana rəsmi səfərə gəlib
Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının…
Fransa XİN: “Azərbaycana qarşı sanksiyalar gündəlikdə deyil”
“Azərbaycana qarşı sanksiyalar gündəlikdə yer almır”. APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Katrin Kolona “France 2” telekanalına müsahibəsində deyib.
Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası işçi qrupunun sədri vəzifəsini tərk etdi
Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib. APA xəbər verir ki, o, bu qərarı Kanada tərəfinin addımına cavab olaraq atıb. Qeyd edək ki,…
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş Türkiyəyə səfər edib. YAP Mətbuat…
Şerl Mişel: “Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündə iştirak etməyə hazırdırlar”
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Qranadada Avropa Siyasi İcmasının sammitindən sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşə dəvət etdiyini bildirib…
Aİ Ermənistanı Azərbaycandan Rumıniyaya gedəcək enerji kabeli layihəsinə qoşulmağa çağırır
Avropa Komissiyası Ermənistanı Azərbaycandan Rumıniyaya gedəcək Qara dəniz sualtı elektrik ötürücü xətti (Qara dəniz enerji kabeli) layihəsində iştirak etməyə çağırıb və İrəvana nüvə təhlükəsizliyində yardım vəd edib. Bu barədə İspaniyanın…
Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb
“Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan xarakterli…