• Be. Noy 25th, 2024

HÜQUQİ-SİYASİ VARİSLİK PRİNSİPİ ƏSASDIR

Byadmin

Okt 18, 2021

Müstəqillik Günü haqqında” Qanun Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyini ifadə edir. 1991-ci ilin sonunda biz 18 oktyabrla kifayətlənmədik, bu zaman Azərbaycanda referendum keçirildi və müstəqillik aktı ümumxalq səsverməsi ilə qəbul olundu. Bu gün qələbə ilə başa çatan Qarabağ savaşı bizə haqq verir ki, Azərbaycan özünü 1918-1920-ci ilin hüquqi varisi elan etsin. Ona görə də hesab edirəm ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək.
Tarixi hadisələr düzgün tətbiq olunmalıdır. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.
Bu gün tarixi Qələbəmizin yaratdığı reallıqları yaşayırıq. Zəfərimiz, Azərbaycan ərazisində artıq Dağlıq Qarabağ adlı ərazi vahidinin olmaması, münaqişənin tarixə qovuşması ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzlərə yenidən baxışı zərurətə çevirir. 28 may tarixinin Müstəqillik, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında ikinci oxunuşda qəbul olunan «Müstəqillik Günü haqqında» qanun layihəsi keçilən yolun təhlili fonunda hadisələrə yenidən baxışı özündə ehtiva edir. Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılmasını, tarixi torpaqlarımızda qurulmuş indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunmasını və digər məsələləri də aktuallaşdırdı. Düzəlişlər ümumilikdə AXC ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir, bu da yalnız alqışlanmağa layiqdir.
Aydın Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir