• C. Noy 22nd, 2024

Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Baydenlə danışıqlardan imtina etdilər

ByYenigun.news

Mar 9, 2022

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderləri ABŞ Prezidenti Co Baydenlə danışıqlardan imtina ediblər.

Vaşinqtonun Rusiyaya qarşı qarşıdurmada beynəlxalq dəstəyi gücləndirməyə və neftin bahalaşmasının qarşısını almağa çalışdığı bir vaxtda Ağ Evin danışıqlarla bağlı planı baş tutmayıb.

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin şeyxi Məhəmməd bin Zayed hər ikisi Baydenlə danışmaqdan imtina ediblər”, – “Wall Street Journal” rəsmilərə istinadən yazıb.

Bununla belə, şahzadə və şeyx keçən həftə Rusiya prezidenti Vladimir Putinlə, həmçinin Vladimir Zelenski ilə danışıblar.

Nəşrin məlumatına görə, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqdan imtina edir və OPEK və Rusiyanın başçılıq etdiyi istehsalçılar qrupunun təsdiq etdiyi plana sadiq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir