Baku TV-də yayımlanan “Salam Baku” verilişində Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana yaratdığı problem müzakirə olunub.
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli qeyd edib ki, bu sanksiyalar dolayısı ilə Azərbaycana da təsir edəcək.
“Qeyri-neft ixracımızın üçdə biri Rusiya bazarının payına düşür. Rusiya bizim əhəmiyyətli ticari partnyorumuzdur. Bundan başqa, orada çalışan soydaşlarımız hər il Azərbaycana əhəmiyyətli məbləğdə vəsait göndərir”, – deyə o əlavə edib.
Ətraflı videonu təqdim edirik: