Avropa Parlamentinin deputatları Ukraynanın Mariupol şəhərinə dəstək nümayiş etdiriblər.
Onlar hazırda Lvov şəhərində olduqlarını bildiriblər.
“Biz sizi düşünürük, sizinlə həmrəyik. Mariupolun indi hiss etdiyi ağrıları biz də hiss edirik. Sizi əmin edə bilərik ki, həm Almaniya xalqının, həm də Avropa İttifaqının qəlbi sizinlədir. Düşüncələrimiz və dualarımız sizinlədir. Biz Mariupolu tanıyırıq. Mariupol yaşayacaq və siz qalib gələcəksiniz. Putin məğlub olacaq. Biz sizinləyik! Güclü olun!” – deyə deputatlar dəstək bəyanatları ilə çıxış ediblər.
Mənbə: UNİAN