Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərinə səfər edib.
Bu barədə Türkiyə XİN rəhbəri “Twitter” hesabında yazıb.
“Ukraynalı həmkarım Dmitri Kuleba ilə Antalyadan sonra bu dəfə Lvovda görüşdük. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğuladıq. Müharibənin sona çatması və davamlı atəşkəsin təmin olunması üçün səylərimiz davam edəcək”, – deyə M.Çavuşoğlu bildirib.
Ukraynalı mevkidaşım Dmytro Kuleba ile Antalya’dan sonra bu kez #Lviv‘de görüştük.#Ukrayna‘nın egemenliğine ve toprak bütünlüğüne desteğimizi bir kez daha vurguladık.
Savaşın sona ermesi ve kalıcı ateşkesin sağlanması için çabalarımız devam edecek. pic.twitter.com/CatWWI4uvm
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 17, 2022