• Ca. Noy 28th, 2024

Salome Zurabişvili: “Cənubi Qafqaz artıq mərkəzi meydançadır”

ByYenigun.news

İyn 16, 2022

“Cənubi Qafqazda hələ də sovet ittifaqının keçmiş miraslarının nəticələrini görürük. Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq”.

“Report”un xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışır. Cənubi Qafqaz artıq mərkəzi meydançadır”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir