• Ç. Noy 27th, 2024

Çin nümayəndəsi: “Bu gün dünya analoqu olmayan risklərlə qarşılaşıb”

ByYenigun.news

İyn 16, 2022

“Bu gün dünyaya sülh əvvəlki dövrlərlə müqayisədə daha çox vacibdir. Dünyada pandemiya və regional münaqişələr davam edir. Bu gün dünya analoqu olmayan risklərlə qarşılaşıb”.

“Report”un xəbərinə görə, bunu Çin Xalq Respublikasının Xarici İşlər İnstitutunun prezidenti Vanq Çao IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.

O hesab edir ki, beynəlxalq ictimaiyyət bu məsələlərin həllini tapa biləcək:

“Dayanıqlı beynəlxalq təhlükəsizlik sistemi yaratmaq üçün hamı birgə çalışmalıdır. Bu da hər bir dövlətin etdiyi seçimə hörmətlə yanaşmağı özündə ehtiva edir. İkili standartlardan da uzaq durmaq lazımdır”.

V.Çao deyib ki, beynəlxalq məsələlərdə BMT-nin rolu əvəzolunmazdır:

“Biz onu gücləndirə bilərik. İndi dünya çox çətin dövrdən keçir. Yalnız Ukrayna məsələsi ilə məhdudlaşmamalıyıq. Biz Ukrayna məsələsində hər iki dövləti dialoqa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir