Avqustun 27-də Şuşada xarici diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən qlobal konfrans haqqında, elə saytımızda da, çox yazılıb, deyilib. Azərbaycan Ordusunun Qarabağda erməni separatizminin əsas damarını kəsərək Laçın şəhərinə daxil olduğu günlərdə yüzdən çox xarici diplomat Füzuli və Şuşada olub.
Bu tarixi dönəmlərdə Bakıda, Ankarada, Tehranda və Moskvada akkreditə olunmuş xarici səfirlər və hərbi attaşelər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpası prosesi ilə tanış olmaq üçün gəlmişdilər. Lakin onların arasında Fransa və ABŞ-dan diplomatik nümayəndələr yox idi, hansı ki, bu tədbirdə iştirakdan qəti şəkildə imtina etmişdilər. Bu da öz növbəsində rəsmi Bakının haqlı olaraq kifayət qədər sərt reaksiyasına səbəb olub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də öz dövlətinin barışmaz mövqeyini Amerika-Fransa diplomatlarından heç də az izah etməyib.
O, “ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olmadığını” xatırladaraq, bu iki ölkənin diplomatlarının konfransda iştirak etməmələrini “Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik” kimi səciyyələndirib. Xatırladaq ki, Vaşinqton və Parisin “Şuşa” diplomatik demarşından əvvəl başqa təxribatlar da olub. Belə ki, avqustun 24-də ABŞ Dövlət Departamenti diplomat Filip Rikeri funksiyasını itirmiş və Bakının yüksək səviyyədə açıq şəkildə dəfn etdiyi ATƏT-in Minsk qrupunun yeni həmsədri təyin edib. Avqustun 26-da Fransanın ATƏT-dəki Daimi Nümayəndəliyi Amerika-Fransa-Rusiya həmsədrlik formatının faydaları və əhəmiyyəti haqqında zahirən heç bir təhrik doğurmayan və dəxlsiz iyrənc “tweet”lə yadda qaldı – və bu, Ukraynada qızğın müharibə fonunda baş verdi!
2020-ci ildə 44 günlük müharibə nəticəsində regional problemdən təntənəli surətdə atılan ABŞ-Fransa tandeminin hərəkətləri qəbul edilməsə də, məntiqlə başa düşülə bilər. Aydındır ki, Vaşinqton və Paris regional proseslərə təsir imkanlarını özlərində saxlamaq istəyirlər və buna görə də ən azı, Qarabağ ocağını yenidən qızışdıra biləcək qığılcımısa da əllərində saxlamaqda maraqlıdırlar.
Regiona “geri dönüş” üçün yeganə mövcud mexanizm ATƏT-in Minsk qrupudur və buna görə də fransızlar və amerikalılar ondan ikiəlli yapışıblar. Bura erməni diasporunun elementini və onun lobbiçilik imkanlarını da əlavə edin. Gülməli vəziyyət belə inkişaf etdi, biz həmsədrləri qapıdan qovduqda onlar da diplomatik pasportlarını yelləyərək pəncərədən girməyə çalışdılar. Biz Qərb tərəfdaşlarının həyasızlığından əsəbiləşərək, bəzən canımızı dişimizə tutaraq, milli məqsədə – Qarabağın tam bərpasına və inteqrasiyasına doğru irəliləməkdə davam edirik.
Ancaq daha maraqlısı başqa bir məqamdır. Hacıyevin Şuşadakı çıxışından sonra ölkədaxili informasiya sahəsinin müəyyən seqmentlərinin kəskin şəkildə qaynamağa başlaması, doğrudan da, gözlənilməz idi. Prezidentin köməkçisinin ABŞ və Fransanın Azərbaycana qarşı siyasəti ilə bağlı bəyanatı, deyəsən, sosial şəbəkələrdə yerli və xarici fəalların həm Hacıyevin özünə, həm də ümumilikdə Azərbaycanın xarici siyasətinə qarşı koordinasiyalı hücumunu tətiklədi. Təkcə cəmiyyətin deyil, hətta öz elektoratının belə unutduğu, əsasən virtual məkanda yaşayan müxalifət də kəskin şəkildə səsini ucaltdı.
Onlarla bərabər, kordondan kənarda məskunlaşan söyüşcül “bloqerlər” də aqressiv kampaniyaya başladılar.
Sonuncuların fəaliyyəti hakimiyyətdə təmsil olunanların ailələrinə qarşı çirkin və ədəbsiz kampaniya aparmaq, onlara sığınacaq verən ölkələrin xüsusi xidmət orqanlarının, eləcə də Azərbaycanın özündə müəyyən qrupların sifarişlərini yerinə yetirməkdən ibarətdir. Bir növ informasiya terrorçularıdırlar, – hakimiyyətin bəxtindən isə – patoloji axmaqlardır. Bəzən bu axmaqlığın səviyyəsi o həddə çatır ki, söyüş əmri aldıqları məmurun adını, vəzifəsini belə, düzgün deyə bilmirlər.
Bəs dövlət başçısının xarici siyasət üzrə müşavirinə edilən hücumların səbəbi nə idi?
Məlum olub ki, Hikmət Hacıyevin Azərbaycan Ordusunun Xankəndiyə girmək üçün bütün imkanlara sahib olmasına baxmayaraq, bu addımı atmadığına dair açıqlaması yeni ortalığa çıxan ekspertləri təşvişə salıb.
“Müharibə vaxtı Azərbaycan Ordusu Xankəndiyə girməyə çox yaxın idi, lakin biz bunu etmədik. Təbii ki, bu, hərbi baxımdan çox çətin bir qərar idi, amma bizim üçün bu, həm də mənəvi məsələ idi. Biz Xankəndidə dinc əhalinin ölümünü görmək istəmirdik. Bu, insanlıq məsələsi idi”, – deyə Hikmət Hacıyev xarici diplomatlar ordusu qarşısında azad və əzəmətli Şuşa zirvəsindən öz inteqrasiyasını gözləyən Xankəndi haqda açıqlamasında söylədi.
Bu, karyera diplomatının diplomat cameəsi qarşısında söylədiyi ölçülü-biçili açıqlama idi. Mesajın mahiyyəti sadədir: biz Xankəndini sərt güc vasitəsi azad edə bilərdik, amma biz o qədər dinc və humanistik ki, insanların həyatını riskə atmamaq üçün diplomatiya yolunu seçdik, axı onlar bizim vətəndaşlarımızdır və biz onlara dəyər veririk. Və bu tamamilə normaldır, çünki belə tədbirlərin gündəmində həmişə açıq-aşkar humanitar komponent dayanır – dağıdılmış ərazilərin bərpası, minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların taleyinin və dəfn olunduqları yerlərin müəyyən edilməsi, ətraf mühitə dəymiş ziyanın müzakirəsi, bölgədəki insanlar arasında etimadın bərpası.
Əgər Hikmət müəllim birdən-birə xarici səfirlərin önündə silahımızın, xüsusi təyinatlılarımızın gücünü tərənnüm etməyə, mühasirəyə alınmış Xankəndini zəbt etməklə hədələməyə başlasaydı, doğrudan da, biz ondan narahat olmağa başlayardıq. Onsuz da bu addımlar, lazım gəldikdə digər strukturlarımızın nümayəndələri tərəfindən heç kimə xəbərdarlıq edilmədən tez və effektiv şəkildə həyata keçiriləcək. “Qisas” əməliyyatı hələ də yaddaşımızdadır.
Əgər bunu nə vaxtsa təkrarlamaq lazım olacaqsa, ümumiyyətlə, əgər buna ehtiyac qalacaqsa, bunu yalnız bir nəfər müəyyən etmək səlahiyyətinə malikdir, üstəlik, bunun üçün sarsılmaz siyasi duyumu da var. Bu şəxs Azərbaycanın həm ən ali diplomatı, həm də Ali Baş Komandanıdır.
Amma Hikmət Hacıyevin Xankəndi ilə bağlı açıqlamaları bütövlükdə ölkənin xarici siyasətini gözdən salmağa yönəlmiş kampaniyaya start vermək üçün bəhanə oldu.
Məsələn, işğaldan azad edilmiş Füzuli rayonundan olan, qəribə təsadüf nəticəsində Milli Məclisin iqtidaryönlü deputatı Vüqar Bayramovun qardaşı Qubad Bayramov (İbadoğlu) öz “Facebook” səhifəsində qəzəbli paylaşım etdi:
“Siz isə deyirsiniz ki, bu hökumətin xarici siyasəti yaxşı, daxili siyasəti isə pisdir! Baxın, biz İranla döyüşə başlamışıq, biz Qarabağda, Laçında Rusiya qoşunlarının hökmranlıq etməsinə baxmayaraq, ABŞ və Fransaya meydan oxuyuruq. Bu uğurlu xarici siyasətdirmi?”
Lakin nə vaxtdan Şuşanın Azərbaycan şəhəri olduğunu (və nida işarəsi) açıq şəkildə xatırlatmaq ABŞ və Fransaya meydan oxumaq hesab edilir? Əgər amerikalıların və fransızların diplomatik şıltaqlıqları naminə Şuşanın kimə məxsus olmasını şübhə altına alacağıqsa, o zaman biz öz milli maraqlarımızı necə müdafiə edəcəyik?
İranla davanı da biz başlamamışıq. Azərbaycan-İran sərhədində hərbi təlimlər keçirən, Ermənistanın ərazi bütövlüyü timsalında açıq şəkildə “qırmızı xət”lər çəkən də biz olmamışıq.
AXCP üzvü Fuad Qəhrəmanlı isə daha da irəli gedib: “Hikmət Hacıyevin ABŞ və Fransa səfirlərinin Şuşada olmamasına münasibəti yanlışdır və diplomatik baxımdan Azərbaycanın maraqlarına ziddir”.
Siyasi karyerası ilə deyil, ailəsinin qadınlarını döyməsi ilə bağlı sübuta yetirilən faktlarla tanınan müxalifətçinin fikrincə, rəsmi Bakı Qərbin diplomatik tüpürcəyini Tanrının şehi kimi qəbul etməlidir. Təəccüblü deyil ki, Qəhrəmanlının bu gün təmsil etdiyi cəbhəçilərin hakimiyyəti altında Laçın, demək olar ki, döyüşsüz təslim olmuşdu, hansı ki, Qarabağın qalan hissəsinin işğalına yol açmışdı.
Almaniya ilə Böyük Britaniya arasında səyahət edən saqqallı oliqofren Tural Sadıqlı ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən konfransda iştirak etməmələri ilə bağlı ümumiyyətlə “orijinal” izahat verib. Onun fikrincə, ABŞ və Fransa diplomatları ona görə gəlməyiblər ki… Rusiya sülhməramlıları düz Şuşa yaxınlığında yerləşdiriliblər. Bir dəqiqə gözləyin, axı Qərbi Zəngəzurda da Rusiya qoşunları var, lakin bu, Qərb səfirlərinin mütəmadi olaraq bu regiona səfər etmələrinə və “Sünik” üçün süni təhlükə qarşısında Ermənistana hər cür dəstək ifadə etmələrinə mane olmur. Bundan başqa, Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur – Sadıqlının inkişafdan qalan məntiqindən belə çıxır ki, ABŞ və Fransa səfirləri bu ölkədən tez bir zamanda təxliyə edilməlidirlər?
Və nəhayət, bu nonsens paradında ən gülməli məqam. Ölkəmizdə franko-amerikan maraqlarının sərbəst pullu müdafiəçiləri həmişə kifayət qədər olub. Tehrandakı teokratik rejimə rəğbət bəsləyən insanların ölkənin xarici siyasətinin tənqidi sahəsində bu qərbyönlü qardaşlara qoşulmaları daha təəccüblüdür. Bu insanları adları ilə sadalamayacağıq, çünki onların informasiya platformalarında nalayiq nitq nümunələrindən başqa özünüz üçün yeni heç nə öyrənməyəcəksiniz. Lakin fakt budur ki, kiminsə gözəgörünməz əli “söyüşçülər” heyətini daxili toqquşmalar və suallardan sapdıraraq Azərbaycanın xarici siyasət xəttini və onunla bağlı olan insanları gözdən salmağa yönəldib. Yəni hər bir auditoriya öz spikerləri ilə təmin edilib – bunlar “ekspertlər”, “siyasətçilər”, “bloqerlər” və sadəcə, söyüş söyənlərdir.
Qarabağ separatizminin nəhayət zərərsizləşdirilməsi istiqamətində Bakının məqsədyönlü fəaliyyəti, Laçının qaytarılması və Ermənistan ərazisindən ekstraterritorial Zəngəzur dəhlizinin işə salınması üzrə inadkar niyyəti və ümumiyyətlə, Azərbaycanın yeni, daha sərt və daha iradəli postmünaqişə xarici siyasəti, Qərbdə və İranda bəzi dairələr və müvafiq olaraq psevdoazərbaycanlılar arasındakı onların təsir agentləri üçün ümumi problemə çevrilib.
Prezident İlham Əliyevin elan etdiyi hücum diplomatiyası bu gün öz bəhrəsini göstərir. Öz hərbi üstünlüyünə və dünyada dəyişən geosiyasi vəziyyətə arxalanan Bakı yavaş-yavaş, lakin əminliklə öz gündəmini eyni vaxtda bir neçə istiqamətdə irəli aparır. Əgər sərhədin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri Rusiyanın vasitəçiliyi ilə müzakirə olunursa, Aİ-nin artıq vasitəçi kimi çıxış etdiyi Əliyev-Mişel-Paşinyan formatında sülh müqaviləsinin hazırlanması və humanitar aspektlər müzakirə olunur. Və bu formatların heç birində Qarabağın “status”undan və ya ATƏT-in Minsk qrupunun rolundan bəhs edilmir. Hətta “Dağlıq Qarabağ” termini belə yoxdur. Bu bir-birini tamamlayan platformalardan Bakı uzunmüddətli perspektivdə təcavüzkar erməni revanşizmi və separatizm təhlükəsini dayandırmaq, həmçinin 44 günlük müharibənin nəticələrini nəhayət sülh müqaviləsinin imzalanması yolu ilə möhkəmləndirmək üçün istifadə edir.
Ölkəmiz bu məqsədə yaxınlaşdıqca güc mərkəzlərinin formalaşan regional konfiqurasiyası ilə razılaşmayanların əks fəaliyyəti istər-istəməz artacaq, çünki bu, nəinki onların diktəsi ilə, hətta onların iştirakı olmadan da yaradılır! Ona görə də hazırlaşmağa dəyər: informasiya sahəsində əsas döyüş hələ qabaqdadır və döyüşlər də qaydasız keçiriləcək.