• C. Dek 26th, 2025

Britaniya səfiri Gəncədə arılar üçün ağac əkdi – FOTO

Byadmin

Noy 28, 2022

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Gəncədə ağacəkmə kampaniyasında iştirak edib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

“Gəncədə “bp Azerbaijan”ın “Green Heart” layihəsi çərçivəsində ağacəkmə tədbirində iştirakdan məmnun oldum. Bu layihənin çox maraqlı tarixçəsi var. Bal Ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olub və ağaclar məhz arılar üçün əkilib”.