Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb.
“Növbəti humanitar yük Ukraynaya yola düşür – Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – səfir qeyd edib.