• C. Noy 29th, 2024

Azərbaycan XİN Türkiyədəki zəlzələ ilə bağlı sosial şəbəkədə loqosunu dəyişdi – FOTO

ByYenigun.news

Fev 8, 2023

Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə Türkiyə ilə həmrəyliyini elan edib.

Bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” yazıb.

“Azərbaycan qardaş Türkiyə ilə həmrəydir”, – o bildirib.

Bundan başqa, nazirliyin “Twitter” hesabındakı profil loqosunun rəngi dəyişdirilib. Belə ki, hazırda həmin loqo ağ-qara rəngdədir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 6234 nəfər ölüb, 37 011 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir