• C. Noy 29th, 2024

Azərbaycanın Türkiyədəki səfirliyi 24 saatlıq iş rejiminə keçib

ByYenigun.news

Fev 8, 2023

“Türkiyənin zəlzələ baş verən bütün ərazilərində nümayəndələrimiz var və səfirliyimiz 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir”.

Bu fikirləri “Report”un Qaziantepə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfirin sözlərinə görə, əməkdaşları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə birgə çalışır:

“Onlar müəyyənləşdirirlər ki, harada ehtiyac var və qrup şəklində ünvanlara göndərilir. Zəlzələ baş verən ərazilərdə qalan azərbaycanlılar təyin olunaraq sənədləşdirilərək Vətənə təxliyə olunurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir