• Ca. Dek 25th, 2025

Cahid Bağçı: “Gecədən yuxusuz qalan vətəndaşlar var, hər birinə təşəkkür edirik”

Byadmin

Fev 8, 2023

“Bu dəqiqə çoxsaylı TIR-lar Sədərək gömrüyündədir”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşlar əllərindən gələni edirlər:

“Bəziləri qida məhsulları, bəziləri əşyalar gətirirlər. Bəziləri də burada gətirilən əşyaların çeşidlənməsi və toplanaraq TIR-lara yüklənməsinə könüllü sürətdə kömək edirlər. Gecədən yuxusuz qalan vətəndaşlar var, hər birinə təşəkkür edirik”.

Könül Cəfərli