• Ca. Okt 31st, 2024

Rumen Radev: “Biz strateji tərəfdaş və müttəfiq kimi Azərbaycan Prezidenti ilə işləməkdən məmnunuq”

ByYenigun.news

Mar 11, 2023

“Fevralın 1-də Prezident Vuçiçlə (Serbiya Prezidenti Aleksandar Vuçiç – red.) birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar, demək olar, hər ay artır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə bildirib.

“Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə (Prezident İlham Əliyev – red.) işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də, irəliyə doğru çox yaxşı addım olacaq”, – deyə Bolqarıstan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir