• C. Dek 26th, 2025

Peter Stoyanov: “Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb”

Byadmin

Mar 12, 2023

Bu gün Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mühüm rolu olub.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın eks-prezidenti Peter Stoyanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Heydər Əliyev öz siyasi müdrikliyi ilə Azərbaycanı qlobal arenaya çıxarıb.

“O, Azərbaycanı münaqişə dövründə (90-cı illərdə) ölkənin üzləşdiyi çətinliklərdən və təhlükələrdən xilas edib”, – o əlavə edib.