• C. Noy 29th, 2024

Hikmət Hacıyev: “KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”

ByYenigun.news

Mar 12, 2023

“KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.

“Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir. Amma həmin ölkələr Ermənistanın bu avantürist siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində, bütün KTMT üzv ölkələrinin təhqir olunması idi”, – Hikmət Hacıyev qeyd edib.

“Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq baş katibin müavini kvotasından imtina ediblər.

Hayastan Respublikası hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”, – Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir