• C. Noy 29th, 2024

ABŞ mətbuatında Qərbi Azərbaycan qaçqınlarının taleyindən bəhs edilib

ByYenigun.news

Mar 13, 2023

Baş qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Qərbi azərbaycanlı qaçqının taleyi” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, bu gün çoxlarının xəbəri olmamasına rəğmən, keçmişdə İrəvan şəhərinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. 1897-ci ildə İrəvan quberniyasında 77 491 azərbaycanlı və 58 148 erməni yaşasa da, amansız etnik təmizləmə kampaniyasından sonra adı çəkilən şəhərdə hazırda erməni əhalisi üstünlük təşkil edir və bölgədə bir nəfər də azərbaycanlı qalmayıb.

Qeyd olunub ki, Qərbi Azərbaycan icması son günlər Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış “etnik təmizləmənin bəşəriyyətə qarşı cinayət olduğunu və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıdışının qanuni olduğunu” açıqladığı ictimai müraciətini dərc etdikdən sonra sözügedən mövzu xəbər saytlarında manşetə çevrilib. Eyni zamanda Azərbaycan parlamentində Qərbi azərbaycanlıların iddiaları ilə bağlı dinləmələr keçirildiyi də məqalədə diqqətə çatdırılıb.

İsrailli politoloq yazısında öz hekayəsini Qərb auditoriyası ilə bölüşən Qərbi Azərbaycan qaçqını, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə də isitinad edib: “Ermənistan monoetnik ölkədir. Ermənilər istəmirlər ki, onların yanında başqa millətlər, etnik qruplar yaşasın. Onlar nifrətlə etnik təmizləmə siyasəti aparırdılar. Atam kənd təsərrüfatı üzrə direktor köməkçisi işlədiyi məktəbdə rayon olimpiadasının qalibi olanda ermənilər etiraz etmişdilər: “Məgər erməni tələbə tapmadınız? Türk (azərbaycanlı) oğlanı niyə mükafatlandırmalıyıq?” Hər il aprelin 24-də ermənilər azərbaycanlıları qətlə yetirirdilər. Azərbaycanlılar ermənilər tərəfindən hər zaman sıxışdırılsa da, biz öz vətənimizdən ayrılmaq istəmirdik. Biz əsrlər boyu orada yaşadıq və geri dönəcəyik!”

Məqalədə həmçinin ermənilərin 1905-1906-cı illərdə də etnik təmizləmə siyasətinin ilk mərhələsini həyata keçirdikləri də diqqətə çatdırılıb.

Məqaləni ətraflı şəkildə bu keçiddən oxumaq mümkündür:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir