• C. Noy 1st, 2024

Qərbi Azərbaycan İcmasının sədrindən BƏYANAT

ByYenigun.news

Mar 13, 2023

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bəyanat yayıb.

Bəyanatda deyilir:

“Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq. Bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və reinteqrasiyadan keçir.

Eyni şəkildə, biz Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyirik. Qərbi Azərbaycan İcması olaraq, biz bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyana məktub ünvanlamışıq və Ermənistan hökumətini öz evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzun reallaşması üzrə dialoqa başlamağa çağırmışıq.

Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik.

Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və reinteqrasiyaya əsaslanır.

Xarakterik haldır ki, həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarı müvafiq olaraq Azərbaycan dövləti və Qərbi Azərbaycan İcmasıdır. Ümid edirik ki, erməni tərəfi “etnik uzlaşmama” kimi qeyri-konstruktiv yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik kimi ülvi bəşəri dəyərlərə əsaslanan addımları dəstəkləyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir