• Şb. Noy 30th, 2024

İnformasiya kirliliyi yaradan və reinteqrasiya prosesini ləngidən Qarabağ erməniləri

ByYenigun.news

Mar 14, 2023


Daha öncə xəbər verilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Caliber.Az-ın məlumatına görə, görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunub.

Dərhal Ermənistanın müxtəlif kütləvi informasiya vasitələri və “Telegram” kanalları Qarabağ ermənilərinin belə bir dəvət almadıqlarını, Azərbaycan tərəfinin təşəbbüsü haqda yalnız mediadan öyrəndikləri barədə yalan məlumatlar yaymağa başladılar.

Lakin qeyd etmək lazımdır ki, dəvətlə bağlı informasiya Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi “Twitter” hesabında dərc edilib.

Məlumatı həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi olan AZƏRTAC da yayımlayıb. 

Bundan başqa, əldə edilmiş etibarlı məlumatlara görə, bu press-reliz yayılmazdan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə əlaqəyə məsul şəxslər rəsmi Bakının bu təklifi onlara çatdırıb və yalnız bundan sonra məlumat mətbuatda yayımlanıb.

Aydındır ki, bu cür informasiya kirliliyi yaradanlar Qarabağ ermənilərinin müəyyən hissəsini təşkil edən dairələrdir. Onlar növbəti dəfə bu əməlləri ilə reinteqrasiya ilə bağlı məsələlərin konstruktiv məcraya yönəlməsinə qarşı çıxış etməyə cəhd göstərirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir