“Azərbaycan səfirliyinə hücum edən şəxsin işi üzrə istintaq davam edir”.
Bunu İranın ədliyyə orqanının sözçüsü Məsud Setayişi deyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məsud Setayişinin sözlərinə görə, Azərbaycan səfirliyinə hücum edən şəxsin işinə həssaslıq və xüsusi diqqətlə yanaşılır və bu işə Tehran Baş Prokurorluğunun ixtisaslaşdırılmış sahəsində baxılır.
O bildirib ki, istintaq davam edir və nəticə əldə olunan kimi məlumat veriləcək.