Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtona səfəri çərçivəsində Ağ Evdə Ceyk Sallivanla danışıqlar aparıb.
Danışıqlar zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan danışıqlar prosesi, Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi qiymətləndirilib.
Ağ Evin görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub ki, tərəflər Ermənistan və Azərbaycan arasında davam edən danışıqlara verdikləri dəstəklə ikitərəfli müdafiə əməkdaşlığını da müzakirə ediblər. İkitərəfli ticarət həcminin 100 milyard dollar hədəfinə çatması üçün asanlaşdırıcı addımların atılmasının lazım olduğu bildirilib. Müdafiə sənayesi sahəsində heç bir ilkin şərt qoyulmadan əməkdaşlığın əhatə dairəsinin dərinləşdirilməsi diqqət mərkəzində olub.
Mənbə: Anadolu