“Azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması istiqamətində işlər aparılır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.
“Azərbaycan Qarabağda “yaşıl zona” konsepsiyasını həyata keçirərək bu əraziləri bərpa edir, tikinti işlərində yüksək texnologiyalardan istifadə olunur”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, hazırda keçmiş məcburi köçkünlərin Şuşaya qayıtması üçün infrastrukturun yaradılması istiqamətində də işlər aparılır:
“Məşğulluğun və insan kapitalının inkişafı üzərində işləyirik. Şəhərdə lazımi infrastruktur yaradılır. İstəyirik ki, tezliklə buraya qayıdacaq keçmiş məcburi köçkünlərin sabit həyatı üçün etibarlı zəmin yaradılsın”.