“Zirvə görüşünün təşkil olunmasındakı təşəbbüsə görə can Azərbaycanın Prezidenti İlham Əliyevə şəxsim, millətim adından minnətdarlığımı bildirirəm”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
“Bugünkü Zirvəmizlə türk dünyasının tək ürək olduğunu ən yüksək səviyyədə bir daha göstərmiş olacağıq”, – deyə Türkiyə lideri əlavə edib.