“Ermənistan qəsdən və sistemli şəkildə Azərbaycanın şəhər və kəndlərini dağıdıb”.
“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə illik yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalı illərində tarix-mədəniyyət abidələri, həmçinin dini obyektlər vandalizmə məruz qalıb:
“Məscidlər qəsdən dağıdılıb və təhqir edilib. Ermənistan 462 kitabxananı tamamilə dağıdıb, muzeylərdən 40 minə yaxın eksponat oğurlayıb. Üstəlik, Ermənistan Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparıb”.
A.İmanov vurğulayıb ki, Azərbaycan bütün dini konfessiyalara hörmətlə yanaşır.