• Ça. Noy 5th, 2024

Nikol Arayiki məyus yola saldı

ByYenigun.news

Mar 17, 2023


Qarabağdakı separatçıların dırnaqarası rəhbəri Arayik Arutyunyan Moskvadan göstəriş gözləyir.

O, Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşdən ümidsiz qayıdıb, çünki Paşinyan ona  Qarabağın Azərbaycan ərazisi olması reallığına heç bir alternativ olmadığını bildirib.

Arutyunyan onun “post”unun heç bir işə yaramadığını anlayıb və istefaya gedir. Separatçılar ya Moskvanın onu fikrindən daşındıracağını, ya da Arutyunyanın “istefa ərizəsi” yazacağını istisna etmirlər.

Mənbə: Hraparak

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir