• Bz. Dek 28th, 2025

Milli Məclis Prezident və Birinci vitse-prezidenti Novruz Bayramı münasibətilə təbrik edib

Byadmin

Mar 17, 2023


Milli Məclis Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

“Report”un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.