Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.
Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.