• Ca. Noy 28th, 2024

Həmid Həmidov CBC telekanalında İranın Azərbaycana qarşı düşmənçilik siyasətindən danışdı – VİDEO

ByYenigun.news

Apr 8, 2023


“Diplomatların Azərbaycandan çıxarılmasından İranın hansısa doğru nəticələr çıxaracağına inanmıram”.

Bu barədə azərbaycanlı jurnalist, “Global Media Group”un media direktoru Həmid Həmidov “CBC TV Azerbaijan” kanalına müsahibəsində bildirib.

“İran casus şəbəkələri kimi strukturların Azərbaycanda yaranma səbəblərini, düşünürəm ki, hamımız bilirik. Bu şəbəkələr ancaq bir məqsədlə yaradılır – respublikamızı dini dövlətə çevirmək. Təbii ki, onlar buna nail ola bilməyəcəklər. Və heç vaxt da nail ola bilməzdilər. Ancaq məqsədləri barədə danışırıqsa, məqsəd budur”, – deyə Həmid Həmidov qeyd edib.

Onun sözlərinə görə, bu şəbəkələr bir gündə yaranmırlar. “Onların necə formalaşmalarına gəldikdə isə deyim ki, bu şəbəkələr bir günün içində ərsəyə gəlmirlər. Sovet İttifaqı dağıldığı gündən İran bu istiqamətdə aktiv fəaliyyət göstərib. Ölkəmizə öz casuslarını yerləşdirib və hətta Azərbaycan vətəndaşları arasından da casuslar tapıb. Və o vaxtdan onların bu şəbəkələri genişlənməyə davam edib. Mən çox şadam ki, hazırda hüquq-mühafizə orqanları ciddi şəkildə bu məsələ ilə məşğul olurlar, onları aşkar edir və zərərsizləşdirirlər. Mən əminəm ki, bu proses tam şəkildə sona çatdırılacaq”, – deyə o bildirib.

İranlı diplomatların Azərbaycandan çıxarılmaları ilə bağlı suala cavabında Həmid Həmidov İranın bundan doğru nəticə çıxaracağına inanmadığını vurğulayıb. “Azərbaycanda iranlı diplomatların “persona non grata” elan edilmələri və ölkədən çıxarılmalarına gəlincə, onların bundan hansısa doğru nəticələr çıxaracaqlarına elə də inanmıram. Lakin biz İran tərəfinin çıxaracağı istənilən nəticələrə hazırıq, çünki hazırkı vəziyyətdə həqiqət bizim tərəfimizdədir. Biz müstəqilliyimizin mühafizəsi üçün hər şey edirik və buna da nail olacağıq. Həmçinin də bu cür elementlərdən, bu cür insanlardan ölkəmizi mühafizə edəcəyik”, – deyə o bildirib.

Daha ətraflı videosüjetdə:   

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir