• Ca. Noy 28th, 2024

2018-ci ilin bu günündə Prezident seçkisi keçirilib: İlham Əliyev qalib gəlib

ByYenigun.news

Apr 11, 2023


Bu gün İlham Əliyevin Azərbaycanda növbədənkənar Prezident seçkisində qalib gəlməsindən 5 il keçir.

Oxu.Az xatırladır ki, 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilib.

Səkkiz namizədin qatıldığı seçki marafonunda vətəndaşların 74,3 faizi səsvermədə iştirak etdi.

Tam azad və demokratik şəraitdə keçən seçkilərdə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 faiz) Azərbaycan Prezidenti seçilib. Bu seçki həm də onu göstərdi ki, milli maraqlarımızı vəzifə naminə dəyişməyə hazır olan radikallara Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Xalq seçimi ilə onlara öz yerini göstərib.

Seçkidə inamlı qələbə qazanmış İlham Əliyev aprelin 18-də Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içib.

O, növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkisini elan etmək səlahiyyəti verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar Prezident seçkisi elan edib.

Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir