• Be. Dek 22nd, 2025

Parlament Bakı-Tbilisi-Qarsla bağlı yeni sənədi təsdiqlədi

Byadmin

İyn 9, 2023


Milli Məclisin iclasında Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişə baxılıb.

Oxu.Az-ın məlumatına əsasən, sənəd səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.