Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 21-də Brüsseldə nəzərdə tutulan görüş daha əvvəl baş tuta bilər.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
O, əvvəllər təsdiq edilmiş iclasın tarixinin dəyişib-dəyişmədiyi barədə danışmayıb, bu barədə daha sonra əlavə məlumat verəcəyini vəd edib.
Xatırladaq ki, iyunun 1-də Kişineuda danışıqlardan sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli formatda növbəti görüşünün iyulun 21-də Brüsseldə baş tutacağını bəyan edib.
Mənbə: “Qraparak” nəşri