“Yaponiya indiyədək Azərbaycanda müxtəlif sahələr üzrə 300-dən çox layihə həyata keçirib”.
“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada BMT-nin İnkişaf Proqramı ilə birgə Bərdə rayonunun Mollalı kənd tam orta məktəbində enerji sisteminin yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olarkən deyib.
Səfir media nümayəndələrinə açıqlamasında Yaponiyanın bu günədək Azərbaycanda gördüyü işlərdən danışıb, enerji sahəsində həyata keçirilən layihəni əhali üçün olduqca səmərəli hesab etdiyini deyib.
“Növbəti layihələrimiz alternativ enerjidən istifadənin genişlənməsinə dəstəklə bağlıdır. Bu gün biz bunu artıq Bərdənin ucqar kəndindəki bir məktəbdə və rayonda olan bir yaşayış binasında həyata keçirmişik. Ümid edirəm ki, bu layihənin icrası ilə enerjidən səmərəli istifadəylə yanaşı, həm də əhalinin yaşayış səviyyəsinə bir faydamız dəymiş olur”, – səfir vurğulayıb.