Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bildirib ki, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə, Krım Kiyevin nəzarəti altında olacaq.
O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib.
“Vasitəm olan kimi nəsə edəcəyəm. Fərqi yoxdur – heç kim mənə mane olmayacaq”, – deyə Zalujnı bildirib.
O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da açıqlayaraq, qeyd edib ki, ölkədə hələ də çox böyük iş var.
“Qələbə o zaman olacaq ki, bizim ordumuz – bəlkə də güclü ordumuz olsun. Bu, indi əlil arabalarında gəzən uşaqların təhlükəsizliyinə zəmanət verəcək ki, onlar belə şeylərin bir daha baş verməyəcəyini bilərək böyüyəcəklər”, – deyə baş komandan bildirib.
Ukrayna ordusunun baş komandanı daha əvvəl bildirib ki, silahlı qüvvələrin hərbçiləri 1 ay sonra Krımda olacaqlar.
Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyatdır:
“Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikası irəliləyir”.
Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.