“Dəfələrlə dövlət çevrilişi cəhdləri ilə üzləşən Azərbaycan 15 iyul hadisələrində Türkiyənin yanında oldu”.
“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı Bakıda keçirilən “15 İyul – Demokratiya və Milli Birlik Günü” adlı konfransda səsləndirib.
O bildirib ki, FETÖ nümayəndələrinin məqsədi Türkiyədə vətəndaş müharibəsi yaratmaq idi:
“Onlar Türkiyənin daxili və xarici siyasətinə təsir edərək, onu kökündən sarsıtmağa çalışırdılar. Türkiyə xalqının milli iradəsini nümayiş etdirməsi xainlərə dərs oldu. Vaxtilə ulu öndər Heydər Əliyev də ölkəmizdə baş verən çevriliş zamanı xalqa arxalandı. Azərbaycan və Türkiyə olaraq dünyada ədalətin bərpa olunması və sülh, demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik”.