• C. Noy 29th, 2024

Astara yük terminalının tikintisinin başa çatdırılmasının vaxtı AÇIQLANDI

ByYenigun.news

İyl 17, 2023


Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında bu gün İran İslam Respublikasının Astara şəhərində keçirilmiş görüşün nəticələrinə dair kommünikedə deyilir.

Həmçinin Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriyi bildirilib.

Görüş zamanı iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar.

Bununla bağlı, xüsusi ilə 11 mart 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar.

Görüşdə, o cümlədən, enerji və su ehtiyatların istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib.

Bu xüsusda, “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatmaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Bu kommünike Azərbaycan və fars dillərində qəbul olunub.

Qeyd edək ki, Ş. Mustafayev və M. Bəzirpaş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədrləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir