• C. Noy 29th, 2024

Azərbaycan və BƏƏ konsulluq sahəsində yeni saziş imzalayacaqlar – FOTO

ByYenigun.news

İyl 19, 2023


Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə isə BƏƏ xarici siyasət idarəsinin katibinin konsulluq məsələləri üzrə müavininin köməkçisi Faisal Lutfi rəhbərlik ediblər.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandum”u əsasında cari ilin 8 iyul tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin, iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir