Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Twitter” hesabında bildirib.
“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.
Almaniya hər iki münaqişə tərəfinin sülhə mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqliyini təsdiqləyir”, – alman diplomat qeyd edib.
Qeyd edək ki, görüşdə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.
Thank you @HikmetHajiyev for valuable discussion with EU and partners on the way forward to a just and lasting peace. Germany remains committed to support both conflict parties in getting there as soon as possible. pic.twitter.com/Y9VCHoIkzk
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) July 19, 2023