Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramin Məmmədov iyulun 20-də Kamboca Krallığının Pnompen şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən xəbərə görə, millət vəkili səfər çərçivəsində burada iyulun 23-də keçiriləcək parlament seçkisinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.
Səfər iyulun 25-də başa çatacaq.