• C. Noy 29th, 2024

Şarl Mişel çaş-baş qaldı: Azərbaycanlı jurnalistdən Qranada görüşünə damğa vuran sual – VİDEO

ByYenigun.news

Okt 6, 2023


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İspaniyanın Qranada şəhərində azərbaycanlı jurnalist, İctimai Televiziyanın xəbərlər üzrə direktoru Fikrət Doluxanovun sualını cavablamaqda çətinlik çəkib.

O, “Avropa İttifaqı Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 000 000 azərbaycanlı ilə bağlı niyə 30 il susub? Niyə indi Ermənistan adından danışır? Avropa İttifaqı bundan sonra tərəfsiz vasitəçi ola biləcəkmi?” suallarına “Bəli, Avropa İttifaqı qərəzsiz vasitəçidir” deyə cavab verib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel isə bənzər suala qısaca cavab verib və sürətlə ərazini tərk edib.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir