• Şb. Noy 30th, 2024

Elmar Fel: “Döyüşçülər yaşayış məntəqələrinə daxil olur və insanları sadəcə öldürürlər” – İSRAİLDƏN ŞƏRH

ByYenigun.news

Okt 7, 2023


“Bütün İsrail ərazisində, o cümlədən Fələstinin HƏMAS radikal hərəkatının döyüşçülərinin daxil olduqları ərazilərdə və yaşayış məntəqələrində soydaşlarımız yaşayırlar”.

Bu barədə Oxu.Az-a İsraildəki Azərbaycan diasporunun nümayəndəsi, bəstəkar Elmar Fel bildirib.

Həmsöhbətimizin sözlərinə görə, döyüşçülərin İsrail ərazisinə necə soxula bildikləri hələ də tam aydın deyil. “Bəlkə onlar İsraildə yaşayan yerli ərəblər olub, bəlkə dənizdən daxil olublar, və ya qurudan gəliblər?”, – deyə o qeyd edib.

– Qurbanların sayı barədə məlumat varmı?

– Tam rəsmi məlumat yoxdur. Ordu rəsmiləri ölənlərin sayı barədə açıqlama vermirlər. Amma dinc əhali arasında itkilər olduqca yüksəkdir. Xəstəxanalarda 500-dən çox ağır yaralı var, halbuki  bütün bunlar başlayandan cəmi altı saat sonrasından danışırıq. Təcili tibbi xidmətimiz Maqen David Adom 22 nəfərin öldüyünü xəbər verir, lakin bunlar, başa düşdüyünüz kimi, son hələ son rəqəmlər deyil.

Döyüşçülər yaşayış məntəqələrinə daxil olurlar və onların çoxu hərbi formadadır. İnsanlar görürlər ki, əsgərlər gəlir, qapıları açırlar və bu zaman onları sadəcə öldürürlər. Çoxları isə girov kimi Qəzza zolağına aparılır.

Hər kəs sosial şəbəkələr vasitəsilə bir-birilərinə tükürpərdici videolar göndərir. Bu kadrların nə dərəcədə etibarlı olduğunu söyləməkdə çətinlik çəkirəm. Lakin, hətta kiçik hissəsi belə doğrudursa, olduqca ağır mənzərə ortaya çıxır.

Yeri gəlmişkən, indi çoxu hesab edir ki, HƏMAS-ın bu hücumu Livan tərəfindən şimalda böyük müharibəyə başlanılmasından əvvəl bir təxribat manevridir. Bu isə faktiki olaraq İranla müharibədir (İranın proksiləri – “Hizbullah” vasitəsilə).

– Əhali arasında çaxnaşma hiss edilirmi?

– Mən bunu çaxnaşma adlandırmazdım, amma təbii ki, güclü narahatlıq var. Ölkənin dörddə biri güclü raket atəşi altındadır, insanlar bomba sığınacaqlarında yerləşiblər.

Əgər məhdudlaşdırıcı xarici amillər olmasaydı, ordumuz bütün döyüşçüləri tezliklə məhv edərdi. Biz aktiv şəkildə hərəkətə keçən kimi “dostlarımız” (onlar elə Azərbaycanın da “dostlarıdır”lar) dərhal hay-küy salmağa başlayırlar. Belə çıxır ki, yaraqlılar hər şey edə bilər, amma biz asayişi bərpa edə bilmərik.

Qeyd etmək istəyirəm ki, bu dəfə yaraqlıların hücumu misligörünməmiş miqyasdadır. Heç vaxt belə bir şey olmayıb. Amma biz qalib gələcəyik!

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir