• Şb. Noy 30th, 2024

XİN: “İsraildəki Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, təxliyə üçün müraciət çox azdır”

ByYenigun.news

Okt 8, 2023


“Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”.

Xarici İşlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, çünki, əksəriyyətinin ikili vətəndaşlığı var.

“Azərbaycanlı vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir