Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.
O, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.
Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcəklər.
İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.
Üzv dövlətlərə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir.