• Ça. Dek 23rd, 2025

Yaşar Güler: “Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb”

Byadmin

Okt 9, 2023


“Biz Azərbaycan ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​bildirib.

O qeyd edib ki, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb:

“Biz Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşma mümkün qədər tez əldə olunacaq”.