• Ç. Dek 24th, 2025

Şimali Kipr Prezidenti: “Azərbaycanla əlaqələrimizi bütün sahələrdə inkişaf etdirəcəyik”

Byadmin

Okt 12, 2023


“Azərbaycanla əlaqələrimizi bütün sahələrdə inkişaf etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 12-də Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı vacibdir:

“Azərbaycanla əlaqələrimizi təhsil, mədəniyyət və iqtisadi sahələrdə inkişaf etdirəcəyik. Şimali Kipr bayrağını Azərbaycanda dalğalandıracağıq”.