• C. Dek 26th, 2025

Prezident İlham Əliyev: “Gənc füzulililərin öz doğma torpağına qayıtması xalqımızın böyüklüyünü göstərir”

Byadmin

Okt 17, 2023


“Şadam ki, gənc nəsil də – füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da, böyük hadisədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər:

“Bu, (Füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi – red.) xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.