• C. Dek 26th, 2025

Səfirlik İsraildə həlak olan Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verib – FOTO

Byadmin

Okt 17, 2023


Azərbaycan səfirliyi HƏMAS-ın hücumu nəticəsində öldürülən Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verib.

Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi ikisi Azərbaycan vətəndaşı olmaqla səkkiz azərbaycanlı yəhudinin faciəvi şəkildə həlak olmasından kədərlənir. Fikirlərimiz qurbanların ailələrinin və yaxınlarınıən yanındadır”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən səkkiz nəfəri azərbaycanəsillidir.