• C. Dek 26th, 2025

Hikmət Hacıyev: “Köhnə Füzulinin barbar xarabalıqları işğalın faciəvi xatırlatmasıdır” – VİDEO

Byadmin

Okt 17, 2023


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı hesabında Füzulidən video paylaşıb.

“Füzuli sakinləri diplomatik korpusun iştirakı ilə 17 oktyabr – Şəhər Gününü qeyd edirlər. Məhz 2020-ci ilin bu günündə Füzuli 30 illik erməni işğalından azad edilib. Keçmiş məcburi köçkünlər və qaçqınlar yeni tikilən binalara qayıdırlar, uşaqlar məktəbə gedirlər.

Sağda köhnə Füzulinin barbar xarabalıqları – işğalın faciəvi xatırlatmasıdır”, – deyə H.Hacıyev yazıb.