• Ca. Dek 26th, 2024

Səfir: “Meksika qadınların siyasi həyatda iştirakının artırılmasını vacib hesab edir”

ByYenigun.news

Noy 20, 2023


“Meksika qadınların ölkənin siyasi həyatında rolunun və iştirakının artırılmasını vacib hesab edir”.

“Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.

Diplomat qadınların hüquqlarının müdafiəsi sahəsində belə mühüm tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Meksika hökuməti qadınların ölkənin ictimai-siyasi həyatında daha geniş iştirakının təmin edilməsinə yönəlmiş bir çox proqramlar həyata keçirir: “Biz daha yaxşı gələcək üçün qadınların hüquq və azadlıqları uğrunda mübarizə aparmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir