• Ça. Dek 23rd, 2025

SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb – FOTO

Byadmin

Dek 11, 2023


SOCAR prezidenti Rövşən Nəcəf Yaponiyanın ən iri bank holdinqlərindən biri olan “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətlərindən məmnunluq ifadə edilib, SOCAR ilə “Mizuho” Bankı arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ hədəfləri, bu xüsusda enerji keçidi, rəqəmsallaşma, innovasiya və biznes dayanıqlılığı kimi fəaliyyət istiqamətlərində görülən işlər barədə məlumat verilib.

Tərəflər enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.